Bank Of Baku

Azərbaycan pianoçusu Qəbələdə keçirilən Beynəlxalq Piano Müsabiqəsində IV yeri qazanıb

Azərbaycan pianoçusu Qəbələdə keçirilən Beynəlxalq Piano Müsabiqəsində IV yeri qazanıb
# 20 avqust 2009 07:49 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov – APA. Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilən gənc pianoçuların beynəlxalq müsabiqəsi başa çatıb. APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 19-da müsabiqənin final mərhələsi keçirilib. Azərbaycan, Rusiya, Xorvatiya və Yaponiyanı təmsil edən 5 pianoçu finalda bacarığını nümayiş etdirib.
Rusiya pianoçusu İlya Maksimov beynəlxalq müsabiqənin ən yüksək mükafatı olan “Qran pri”-yə sahib olub. Azərbaycan, ABŞ, İtaliya, İspaniya, Meksika və Rusiya mütəxəssislərinin təmsil olunduğu münsiflər heyətinin qərarı ilə Qoran Filipets (Xorvatiya) I, Aleksandr Yakovlev (Rusiya) II, Toğrul Hüseynli (Azərbaycan) IV və Şimomura Misako (Yaponiya) V mükafata layiq görülüb. İştirakçıların heç biri III yerə layiq bilinməyib. Nəticələri musiqi festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli və müsabiqənin münsiflər heyətinin sədri Oksana Yablonskaya elan edib. Bundan əlavə, Azərbaycan bəstəkarının əsərini ən yaxşı ifa etmək nominasiyası üzrə mükafata Nərgiz Kəngərli (Azərbaycan) və Nataliya Landfed (ABŞ) layiq görülüb. Onlara mükafatlar avqustun 20-də təqdim olunacaq.
Qeyd edək ki, müsabiqəyə müxtəlif ölkələrdən ümumilikdə 22 gənc pianoçu qatılıb, onlardan 7-si azərbaycanlıdır. Müsabiqənin I yer sahibinə 10 000, II yer sahibinə 5 000, III yer sahibinə isə 3 000 manat dəyərində pul mükafatı verilməsi nəzərdə tutulur. Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 20-də pianoçular müsabiqəsinin münsiflər heyətinin qala konserti, ayın 21-də isə muğam axşamı təşkil ediləcək. Festivalın təntənəli bağlanışı avqustun 22-də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR