Bank Of Baku

Amerika Kino Akademiyasına yeni prezident təyin olunub

Amerika Kino Akademiyasına yeni prezident təyin olunub
# 20 avqust 2009 09:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Amerika Kino Akademiyasının prezidenti dəyişilib. APA-nın məlumatına görə, akademiyanın İdarə Heyətinin qərarı ilə prezident vəzifəsinə prodüser Tom Şirak (Tom Sherak) təyin olunub. Dörd il akademiyanın prezidenti vəzifəsində çalışan Sid Qeynis isə vəzifəsindən uzaqlaşdırılıb. Məlumatda bildirilib ki, S. Qeynis maksimal müddətdə bu vəzifədə fəaliyyətə göstərib və artıq vaxtı bitdiyi üçün bu vəzifəyə yeni təyinat olub. Akademiyanın vitse-prezidenti, eləcə də aktyorlar şöbəsinin müdiri vəzifəsinə isə tanınmış aktyor Tom Xenks, prezidentin müavini prodüser Ketlin Kennedi və ssenarist olaraq Fil Robinson, akademiyanın katibi vəzifəsinə isə animator Con Lasseter təyin olunub. Yeni təyin olunan prezidentin əsas vəzifəsi “Oskar” mükafatının növbəti mərasiminin yeni prodüserini seçmək olacaq. Bu addımı atmaqda yeni prezidentin məqsədi son illər də bu mərasimin aşağı düşən reytinqini qaldırmaqdır. Qeyd edək ki, 82-ci “Oskar” mükafatının 2010-cu ilin martında təqdim olunması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR