Bank Of Baku

Azərbaycan Oyun Uşaq Teatrının kollektivi Türkiyədə keçirilən bir neçə festivalda çıxış edib

Azərbaycan Oyun Uşaq Teatrının kollektivi Türkiyədə keçirilən bir neçə festivalda çıxış edib
# 20 avqust 2009 13:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Yuğ Dövlət Teatrının tərkibindəki Azərbaycan Oyun Uşaq Teatrının yaradıcı kollektivi Türkiyədə keçirilən “Eşme-Kilim” festivalında, Çeşmə Musiqi Festivalında və “Adala Şaftalı” Festivalında çıxış ediblər. Bu barədə APA-ya məlumat verən Oyun Uşaq Teatrının aktyoru Ər-Toğrul Kamalov səfərin olduqca uğurlu keçdiyini vurğulayıb. Onun sözlərinə görə, bu, teatr kollektivinin Türkiyəyə ikinci səfəri olub: “Festivalda bizim iştirakımız Yuğ Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlunun dəstəyi ilə həyata keçirildi. Səfər çərçivəsində Rasim Aşınla birgə bir neçə yaddaqalan çıxışlarımız oldu. Çıxışlar zamanı mən “Sari gəlin” və ”Bu qala daşlı qala” xalq mahnılarını hər üç festival iştirakçıları qarşısında ifa etdim”. Ə. Kamalovun sözlərinə görə, səfər çərçivəsində azərbaycanlı aktyora bir sıra təkliflər də olub. Belə ki, Azərbaycan Oyun Uşaq Teatrının aktyorları sentyabrın 12-də İstanbulun Səs Teatrında Türkiyənin həm həvəskar, həm də professional teatrlarının yığıncağına xüsusi dəvət alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR