Bank Of Baku

Azərbaycan V Kiyev Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir

Azərbaycan V Kiyev Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir
# 20 avqust 2009 14:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Ukraynanın paytaxtında V Kiyev Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Üç min kvadratmetrlik ərazidə dünyanın 30 ölkəsindən - Azərbaycan, Bolqarıstan, Belorus, Rusiya, İtaliya, Çin, Litva, Polşa, Rumıniya və digər ölkə naşirləri öz çap məhsullarını nümayiş etdirirlər. APA-nın Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet saytına istinadən yazdığı xəbərə görə, Kiyev kitab sərgisində ilk dəfə olaraq İran və İsrail də iştirak edir. Azərbaycanın Ukraynadakı səfirliyinin təşkil etdiyi lövhədə Azərbaycan, Ukrayna və ingilis dillərində kitablar öz əksini tapıb. Bu kitablarda ölkəmizin tarixindən, mərhum prezident Heydər Əliyevdən, Ermənistan-Azərbaycan münaqişəsindən danışılır.

Sərgidə nümayiş etdirilən E. Axundovanın “Qeydar Aliev. Liçnost i epoxa”, “Heydar Aliyev and national policy in Azerbaijan”, S.Rüstəmovanın “Mart 1918 q.Baku. Azerbaydjanskie poqromı v dokumentax”, V.Quliyevanın “Azerbaydjanskaya şkola v rossiyskoy orientalistike”, M.Miroşniçenkonun “Antoloqіya azerbaydjanskoy poezii” (iki cilddə); “Baku”, “Mir Azerbaydjana”, “Azerbaydjan i mir” jurnalları xüsusi maraq doğurub. Sərgi-yarmarka avqustun 21-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR