Bank Of Baku

Moskvada “Milli gen testi. Sitatlar” adlı beynəlxalq sərgi keçirilir

Moskvada “Milli gen testi. Sitatlar” adlı beynəlxalq sərgi keçirilir
# 21 avqust 2009 10:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Moskvada “Milli gen testi. Sitatlar” adlı beynəlxalq sərgi təşkil olunub. APA-nın Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bu “Odna şestaya plyus” proqramı çərçivəsində keçirilən sayca üçüncü layihədir. Layihə həmin humanitar fondun dəstəyi ilə Rusiya Rəssamlarının Yaradıcılıq Birliyi tərəfindən təşkil olunub. Sərgidə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Ermənistan rəssamlarının fotoşəkilləri və filmləri təqdim olunur. Sərginin başlıca məqsədi sərgidə təqdim olunan sənədli film və müəllif foto şəkillərində öz əksini tapmış mili məktəblərin fərqlərini və ya özəl xüsusiyyətlərini aşkar etməkdir. Sərgidə azərbaycanlı rejissor Şamil Nəcəfzadə də iştirak edir. Sərgi avqustun 30-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR