Bank Of Baku

Azərbaycanın gənc skripka ifaçısı Elvin Qəniyevə Henrix Veynavski adına müsabiqədə iştirak etdiyi üçün sertifikat təqdim edilib

Azərbaycanın gənc skripka ifaçısı Elvin Qəniyevə Henrix Veynavski adına müsabiqədə iştirak etdiyi üçün sertifikat təqdim edilib
# 24 avqust 2009 12:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın gənc skripka ifaçısı Elvin Qəniyevə Henrix Veynavski adına müsabiqədə iştirak etdiyi üçün sertifikat təqdim edilib. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bu sertifikat gənc musiqiçiyə “TÜRKSOY” təşkilatının Ankaradakı baş qərargahında verilib. Sözügedən müsabiqə dünyanın ən nüfuzlu musiqi müsabiqələrindən biridir. “TÜRKSOY”un baş direktorunun müavini Fırat Pürtaş sertifikatı 11 yaşlı skripkaçıya təqdim edərək bildirib ki, E. Qəniyev Aylı Dürandan sonra türk dünyasından bu müsabiqəyə qatılan ikinci skripka ifaçısıdır. Təqdimetmə mərasimində o, həmçinin əlavə edib ki, təşkilat bundan sonra da gənc istedadların üzə çıxarılması işini davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR