Bank Of Baku

Azərbaycanda 137-ci teatr mövsümünün təntənəli açılış mərasimi Gənc Tamaşaçılar Teatrının qarşısında keçiriləcək

Azərbaycanda 137-ci teatr mövsümünün təntənəli açılış mərasimi Gənc Tamaşaçılar Teatrının qarşısında keçiriləcək
# 25 avqust 2009 14:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Sentyabrın 15-də Azərbaycanda 137-ci teatr mövsümünün təntənəli açılış mərasimi keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorundan məlumat verilib. Bu il teatr mövsümünün təntənəli açılış mərasimi əsaslı təmir olunan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısında gerçəkləşəcək. Həmin gün respublika üzrə fəaliyyət göstərən 26 teatrda yeni mövsümə start veriləcək. Təntənəli açılış mərasimində həm paytaxt, həm bölgə teatr kollektivlərinin iştirakı nəzərdə tutulur. Açıq hava altında keçirilməsi nəzərdə tutulan teatr mövsümünün açılış mərasimi üçün xüsusi tamaşa hazırlanır. Xatırladaq ki, artıq üç ildir Azərbaycanda fəaliyyət göstərən teatrların yeni mövsümü eyni gündə təntənəli şəkildə açılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR