Bank Of Baku

“Kinoşok” Beynəlxalq Film Festivalında Azərbaycan iki filmlə təmsil olunacaq

“Kinoşok” Beynəlxalq Film Festivalında Azərbaycan iki filmlə təmsil olunacaq
# 27 avqust 2009 09:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rusiyanın Anapa şəhərində sentyabrın 13-dən 21-dək keçiriləcək “Kinoşok” beynəlxalq film festivalında Azərbaycan iki filmlə təmsil olunacaq. Bu barədə APA-ya məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib ki, festivalda rejissor Oqtay Mirqasımın “Günaydın mələyim” və İctimai Televiziya və Radio Verilişləri Şirkətinin istehsal etdiyi və Cavid Əhmədovun rejissoru olduğu “Azarkeş” filmi nümayiş olunacaq. “Günaydın mələyim” filmi festival əsas müsabiqəsində, “Azarkeş” filmi isə “Kinoşok” nominasiyasında keçiriləcək müsabiqədə birincilik uğrunda mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR