Bank Of Baku

Azərbaycan Rəssamlar İttifaqına 40-a yaxın gənc rəssam üzv qəbul olunub

Azərbaycan Rəssamlar İttifaqına 40-a yaxın gənc rəssam üzv qəbul olunub
# 28 avqust 2009 14:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Rəssamlar İttifaqına 40-a yaxın üzv qəbul olunub. İttifaqın katibi Ənvər Qarayevin APA-ya verdiyi məlumata görə, birliyə qəbul olunan yeni üzvlərin hamısı gənclərdir. Gələn ay isə ittifaqa qəbul olunan gənc rəssamların sərgilərinin keçirilməsi və həmin sərgidə də onlara üzvlük vəsiqəsinin təqdimatı nəzərdə tutulur. İttifaq katibi qeyd edib ki, bu ilin sonuna yaxın ittifaqa professional rəssamların üzvlüyünün də qəbulu nəzərdə tutulur: “Azərbaycan Rəssamlar İttifaqına gənc rəssamların üzv olması çox gözəl bir haldır. Artıq ittifaqın Gənclər Birliyinin 200-dən artıq üzvü var. Bu ilin sonuna kimi isə biz həmin üzvlərin bəzilərini professional rəssamlar arasına qatmağı düşünürük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR