Bank Of Baku

Bakıda məşhur “Vaxtanqov” Kukla Muzeyinin eksponat sərgisi keçiriləcək

Bakıda məşhur “Vaxtanqov” Kukla Muzeyinin eksponat sərgisi keçiriləcək
# 28 avqust 2009 14:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu ilin oktyabr ayında Bakıda İrina Mızinanın məşhur “Vaxtanqov” Kukla Muzeyinin eksponat sərgisi keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayevin APA-ya verdiyi məlumata görə, sərgi Vəcihə Səmədova adına Sərgi Salonunda təşkil olunacaq. Ə. Qarayevin sözlərinə görə, bu günlərdə dünyada çox tanınmış kukla muzeyi hesab olunan Vaxtanqov Kukla Muzeyində Azərbaycan kukla ekspozisiyasının sərgisi keçirilib. Bakıda təşkil olunacaq sərgi-ekspozisiya Azərbaycanın kukla ustaları Elmira Abbaslı, Pərviz Hüseynov, İrina Qundrina, Mirteymur Məmmədov və digərlərinin Moskva muzeyində baş tutmuş bu sərgisinə cavab olaraq keçiriləcək.

İttifaq katibi onu da əlavə edib ki, ilin sonuna kimi Azərbaycan rəssamlarının Türkiyə, Xorvatiya və daha bir neçə ölkədə sərgilərinin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, “Vaxtanqov” qalereyası 1997-ci ildən fəaliyyətə başlayıb. Hazırda qalereyada Rusiya və xarici ölkələrin 300-dən artıq tanınmış rəssamının kuklaları təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR