Bank Of Baku

Dövlət Film Fondunda Azərbaycanın ilk kino rejissorlarından olan Mikayıl Mikayılovun şəxsi arxiv fondu yaradılıb

Dövlət Film Fondunda Azərbaycanın ilk kino rejissorlarından olan Mikayıl Mikayılovun şəxsi arxiv fondu yaradılıb
# 28 avqust 2009 15:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dövlət Film Fonduna Azərbaycanın görkəmli kinorejissoru, əməkdar incəsənət xadimi, Azərbaycanın ilk kino rejissorlarından olan Mikayıl Mikayılovun şəxsi arxiv materialları daxil olub. Bu barədə APA-ya Dövlət Film Fondunun direktoru Cəmil Quliyev məlumat verib. C. Quliyevin sözlərinə görə, materialların Dövlət Film Fonduna daxil olmasında tanınmış kinoşünas Aydın Kazımzadə mühüm rol oynayıb.

Artıq Dövlət Film Fondunda Mikayıl Mikayılovun şəxsi arxiv fondu yaradılıb. Daxil olan materiallar 20-30 və 40-cı illərə aiddir. Həmin sənədlər Azərbaycan kinosunun həmin illərdə qaranlıq qalmış bir çox məqamlarını, eləcə də maraqlı faktları və hadisələri aşkar etməyə imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR