Bank Of Baku

Azərbaycanın “Sarı gəlin” xalq çalğı alətləri ansamblı beynəlxalq musiqi festivalında birincilik qazanıb

Azərbaycanın “Sarı gəlin” xalq çalğı alətləri ansamblı beynəlxalq musiqi festivalında birincilik qazanıb
# 31 avqust 2009 08:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan musiqiçiləri YUNESKO-nun himayəsi ilə keçirilən "Şərq təranələri" VII beynəlxalq musiqi festivalında birinci yerə layiq görülüb. APA-nın məlumatına görə, musiqi festivalında dünyanın 50-dək ölkəsindən gələn ifaçılar, musiqiçilər, muğam biliciləri və musiqi nəzəriyyəçiləri iştirak ediblər. Tədbirdə Azərbaycanı "Sarı gəlin" xalq çalğı alətləri ansamblı təmsil edib. Münsiflər heyətinin qərarı ilə birinci mükafat Azərbaycanı təmsil edən "Sarı gəlin" kollektivinə və Özbəkistanın xalq artisti Mətlüba Dadabayevaya verilib. İkinci yerə İsrail və Koreya Respublikası, üçüncü yerə isə İtaliya və Küveytin musiqi kollektivləri layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR