Bank Of Baku

Fransalı fotoqrafın Bakıda sərgisi keçiriləcək

Fransalı fotoqrafın Bakıda sərgisi keçiriləcək
# 02 sentyabr 2009 11:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dünyada tanınmış parisli fotoqraf Aleksandra Kremer-Xomasuridzenin Bakıda sərgisi təşkil olunacaq. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet saytına istinadən məlumatına görə, tanınmış fotoqraf “Paris Match”, “Le Monde”, “Figaro”, “Elle” və “Diapason” kimi məşhur nəşrlərin şəkillərinin müəllifidir. Aleksandra Kremer-Xomasuridzenin Bakıdakı sərgisi 18-25 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan “Şərq-Qərb" kinofestivalı çərçivəsində təşkil olunacaq. Məlumatda bildirilib ki, foto ekspozisiya Azərbaycan Dövlət Filarmoniyasında təqdim olunacaq. Müəllifin bir çox foto şəkilləri tanınmış musiqiçilərə həsr olunub. Qeyd edək ki, Kremer-Xomasuridze həmçinin "Live Music" adlı layihənin də müəllifidir. Aleksandranın qəhrəmanları arasında Yuri Başmet və Mstislav Rostropoviç, Vladimir Spivakov və Qidon Kremer, Valeri Qeorqiyev, Yevqeni Kisin, Qenadi Rojdenstvenski, Mixail Pletnyov və digər tanınmış simalar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR