Bank Of Baku

Azərbaycanın Opera və Balet Teatrında beynəlxalq layihə çərçivəsində “Koroğlu” operası nümayiş olunacaq

Azərbaycanın Opera və Balet Teatrında  beynəlxalq layihə çərçivəsində “Koroğlu” operası nümayiş olunacaq
# 03 sentyabr 2009 09:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 101-ci teatr mövsümünün açılışına hazırlaşır. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, ənənə üzrə bu il də mövsümün açılışı sentyabrın 18-də Üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşası ilə baş tutacaq. Bu opera “TÜRKSOY” beynəlxalq layihəsi çərçivəsində nümayiş olunacaq və tamaşada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan və Tatarıstan opera sənəti ustaları iştirak edəcəklər. Tamaşada əsas partiyaları Azərbaycanın əməkdaş artistləri, respublika prezidenti mükafatçıları Həsən Enami (Koroğlu) və Zemfira İsmayılova (Nigar) ifa edəcək. Tamaşanın dirijoru isə Azərbaycanın xalq artisti, professor Rauf Abdullayevdir.
Məlumatda bildirilib ki, sentyabrın 27-də dünya şöhrətli bəstəkar İohann Ştausun musiqisi əsasında “Düyməcik” baletinin premyerası keçiriləcək. Tamaşa “Uşaq ili” çərçivəsində səhnəyə qoyulacaq.
2009-cu ilin sonuna kimi Opera və Balet Teatrında daha iki yeni tamaşanın quruluşu həyata keçiriləcək. Bunlar italyan bəstəkarı C.Rossininin “”Sevilya bərbəri” və Maskaninin “Kənd namusu” operalarının tamaşalarıdır. Dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan “Kənd namusu” operasının quruluşunu həyata keçirmək üçün teatr rəhbərliyi Latviyanın xalq artisti, məşhur latviyalı rejissor Andrey Jaqarsı dəvət edib. Hər il olduğu kimi, cari teatr mövsümündə də Opera və Balet Teatrının tamaşalarında Rusiya, Ukrayna, Belorus, Pribaltika dövlətləri, Almaniya və s. ölkələrdən dəvət olunan opera və balet sənəti ulduzları çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR