Bank Of Baku

Tallindəki “Estoniya” konsert salonunda Müslüm Maqomayevin mahnıları səslənəcək

Tallindəki “Estoniya” konsert salonunda Müslüm Maqomayevin mahnıları səslənəcək
# 03 sentyabr 2009 12:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Tallində fəaliyyət göstərən “Estoniya” konsert salonunda SSRİ xalq artisti, dünya şöhrətli Azərbaycan musiqiçisi Müslüm Maqomayevin mahnıları səslənəcək. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet saytına istinadən yazdığı xəbərə görə, konsertin noyabrın 18-də keçirilməsi nəzərdə tutulur. Konsertdə M. Maqomayevə həsr olunmuş baritonlar paradı keçiriləcək. Konsertdə “Bolşoy Teatr”ın solistləri çıxış edəcək. Səhnəyə Yuri Baranov, Otar Kunçulia, Qriqori Osipov, Anatoli Loşak, David Qvinianidze, Sergey Şeremet, Evqeni Liberman və Aleksey Dedov çıxacaqlar. İki hissədən ibarət konsertdə M. Maqomayevin məşhur klassik və estrada əsərləri səslənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR