Bank Of Baku

“Şərq təranələri” festivalının qalibi olan “Sarı gəlin” ansamblının üzvləri mətbuat konfransı keçiriblər

“Şərq təranələri” festivalının qalibi olan “Sarı gəlin” ansamblının üzvləri mətbuat konfransı keçiriblər
# 04 sentyabr 2009 12:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Sarı gəlin” xalq çalğı alətləri ansamblı Səmərqənddə keçirilən “Şərq təranələri” festivalında iştirak edərək birincilik qazanıb. APA-nın məlumatına görə, festivalın qalibləri bu gün mətbuat konfransı keçiriblər. Müğənni Qoçaq Əsgərov festivalda musiqişünas, YUNESKO-nun eksperti Sənubər Bağırova və Əliağa Sədiyevin rəhbərlik etdiyi “Sarı gəlin” ansamblının üzvləri ilə birlikdə iştirak etdiyini qeyd edib. Sənubər Bağırova uzunömürlü festivalın qısa fasilədən sonra Özbəkistanda fəaliyyətə başladığını deyib. Onun sözlərinə görə, müsabiqə təşkilatçılarına müxtəlif orqanlardan 5 iştirakçının adı təqdim olunub. Lakin sonda təşkilatçılar Qoçaq Əsgərovun namizədliyi üzərində dayanıblar. Avqustun sonlarında Səmərqəndə yola düşən heyət müsabiqədə çıxışına başlamadan əvvəl 48 ölkənin musiqiçiləri arasında keçirilən dostluq tədbirində iştirak ediblər: “5 nəfərdən ibarət “Xarı bülbül” qrupunun çıxışı ətrafda olan müxtəlif insanların diqqətini özünə cəlb etmişdi. Bir qədər kənarda çıxış edən erməniləri isə dinləyən yalnız özləri oldu”. S. Bağırova bildirib ki, “Səmərqənd” müsabiqəsində zəif iştirakçıya qapı açılmır. O, ermənilərin orada uğur qazanmamasının da buna bir sübut adlandırıb. Tədbirdə çıxış edən “Sarı gəlin” xalq çalğı alətləri ansamblının rəhbəri, tarzən Əliağa Sədiyev bu çıxışın bütün Azərbaycan üçün çox böyük uğur olduğunu vurğulayıb. Tədbirdə səfərdən videomateriallar nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR