Bank Of Baku

Naxçıvan teatrları yeni mövsümə hazırlaşır

Naxçıvan teatrları yeni mövsümə hazırlaşır
# 07 sentyabr 2009 07:04 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 127-ci mövsümünü Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsi əsasında hazırlanan səhnə əsəri ilə açacaq. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əli Rzayevin APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə xalq artisti Kamran Quliyevin səhnələşdirdiyi əsərin rejissoru Faiq Musayevdir
Məlumata görə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı yeni mövsümə Səməd Canbaxşıyevin “Cik-cik” xanım əsəri ilə başlayacaq.
Naxçıvan Dövlət Uşaq Teatrı isə yeni mövsümü Vüsal Rzayevin “Fəridin yuxusu” əsəri əsasında səhnələşdirilən tamaşası ilə açacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR