Bank Of Baku

ABŞ-ın məşhur kino mütəxəssisləri Azərbaycanda silsilə master-klasslar keçəcəklər

ABŞ-ın məşhur kino mütəxəssisləri Azərbaycanda silsilə master-klasslar keçəcəklər
# 08 sentyabr 2009 11:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Amerika Birləşmiş Ştatlarının (ABŞ) üç tanınmış kino mütəxəssisi Azərbaycanda master-klasslar keçəcəklər. APA-nın məlumatına görə, həmin kino mütəxəssisləri əsasən Los-Ancelesdə fəaliyyət göstərən Qabriel Kelin, Joş Şaaf və Debora Kolerdir. Adları çəkilən tanınmış kino mütəxəssisləri bu ay Bakıda keçiriləcək XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı çərçivəsində yerli kino xadimlərinə, eləcə də bu sahədə fəaliyyət göstərən gənclərə və təhsil alan tələbələrə dünya praktikasını tədris edəcəklər. Həmin mütəxəssislərin Rüstəm İbrahimbəyovun Kino Akademiyasında da silsilə master-klassları nəzərdə tutulur. Qeyd edək ki, Qebriel Kelin, Joş Şaaf və Debora Koler bir çox Hollivud ulduzları ilə işləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR