Bank Of Baku

Naxçıvanda Məhəmməd Şahtaxtlının ev-muzeyi yaradılır

Naxçıvanda Məhəmməd Şahtaxtlının ev-muzeyi yaradılır
# 10 sentyabr 2009 10:14 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov-APA. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində Azərbaycanın görkəmli ziyalılarından biri olan Məhəmməd ağa Şahtaxtlının doğulub boya-başa çatdığı evdə onun ev muzeyi yaradılır. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, MR Ali Məclisinin sədri Vasif Talıbov Məhəmməd ağa Şahtaxtlının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi üçün yaşadığı evin muzeyə çevrilməsi barədə müvafiq tapşırıqlar verib. Bununla bağlı artıq onun ev muzeyinin tikintisinə başlanıb. Muzeyin tikintisini Kəngərli Rayon Tikinti-Quraşdırma İdarəsi həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR