Bank Of Baku

Bakıda rəssam Tahir Məmmədovun fərdi yaradıcılıq sərgisi açılacaq

Bakıda rəssam Tahir Məmmədovun fərdi yaradıcılıq sərgisi açılacaq
# 10 sentyabr 2009 15:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 16-21 sentyabr tarixlərində Bakı İncəsənət Mərkəzinin “Yeni Gallerys” sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycanın əməkdar rəssamı Tahir Məmmədovun fərdi yaradıcılıq sərgisi nümayiş etdiriləcək. Bakı İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədlinin APA-ya verdiyi məlumata görə, sərgidə rəssamın rəngkarlıq və foto işləri sənətsevərlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, Tahir Məmmədovun bu vaxta kimi Kaliforniya , Paris, Moskva və digər şəhərlərdə fərdi yaradıcılıq sərgisi keçirilib. O, Azərbaycan Rəssamlar İttifaqının “Sultan Məhəmməd” mükafatına, “Ənənəvilik və müasirlik” adlı I və II Beynəlxalq Foto müsabiqələrində birinci yerə layiq görülüb və “Humay” Milli Mükafatının laureatıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR