Bank Of Baku

Bakı Kamera Teatrı Azərbaycanı Belarusda keçirilən XIV Beynəlxalq “Belaya veja” festivalında təmsil edib

Bakı Kamera Teatrı Azərbaycanı Belarusda keçirilən XIV Beynəlxalq “Belaya veja” festivalında təmsil edib
# 12 sentyabr 2009 10:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakı Kamera Teatrı ilk dəfə olaraq Azərbaycanı Belarusun Brest şəhərində keçirilən XIV Beynəlxalq “Belaya veja” teatr festivalında təmsil edib. APA-nın məlumatına görə, builki festival görkəmli yazıçı və dramaturq N. V. Qoqolun 200 illik yubileyinə həsr olunub. Festivala dünyanın 13 ölkəsindən nümayəndələr qatılıb. Azərbaycanı festivalda təmsil edən Bakı Kamera Teatrı Azərbaycan dilində hazırlanmış “Dəlinin qeydləri, və ya violonçel və fortepiano üçün Sonata” adlı mono-tamaşanı təqdim edib. Qoqolun məşhur personajlarından olan Poprişinin rolunu aktyor Şövqü Hüseynov ifa edib. Rusdilli tamaşaçı üçün sinxron tərcüməni Azərbaycanın Belarusdakı səfirliyinin mətbuat-katibi Esmira İsmayılova həyata keçirib.

Xatırladaq ki, festival Belarus Respublikasının Mədəniyyət Nazirliyi, Brest vilayətinin İcra Komitəsi, Brest Akademik Dram Teatrı və Belorusun Teatr xadimləri Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR