Bank Of Baku

Musiqili Komediya Teatrı 100 illik yubileyi münasibəti ilə yeni tamaşalar təqdim edəcək

Musiqili Komediya Teatrı 100 illik yubileyi münasibəti ilə yeni tamaşalar təqdim edəcək
# 15 sentyabr 2009 10:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı bu il fəaliyyətinin 100 illiyini silsilə tədbirlərlə qeyd edəcək. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, bu həftə teatr yeni mövsümün açılışını keçirəcək. 100-cü teatr mövsümünü Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ilə açmağı düşünən teatr rəhbərliyi bu hadiəsni iki gün qeyd edəcək. Belə ki, teatrda sentyabrın 18-i və 19-da yeni quruluşda hazırlanan “Arşın mal alan” musuqili komediyası nümayiş olunacaq. Məşqlərinə hələ ötən mövsümdə başlanılan bu əsərin quruluşçu rejissoru Elvin Mirzəyev, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Nabat Səmədovadır. Bu əsərə təkrar müraciət etmək ideyasının müəllifi əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Əliqismət Lalayevdir. Həm rus, həm də Azərbaycan bölməsində oynanılacaq əsərdə baş rolları əsasən gənclər ifa edəcək. Əsərin quruluşçu heyəti, yəni rejissoru, dirijoru, rəssamı, xormeysteri, baletmeysteri də əsasən gənclərdən ibarətdir.

Tamaşaçılar səhnədə Fərid Əliyevi və Anar Şuşalını (Əsgər bəy), İnarə Babayevanı və Nərgiz Kərimovanı (Gülçöhrə), Əkbər Əlizadəni və Vüqar Hacıyevi (Süleyman), Mehriban Zalıyeva və Ülkər Əliyevanı (Asya), Ülviyyə Əliyevanı (Telli), Səmədzadə Xasıyevi və Elxan İsmayılovu (Vəli) görəcəklər. Artıq zəngin səhnə təcrübəsi olan aktyorlar Xanım Qafarova və Nahidə Orucova (Cahan xala), Əzizağa Əzizov və Ələkbər Əliyev də (Soltan bəy) bu əsərdə rol alıblar. Teatrın rus bölməsində isə tamaşaçıları yeni sürprizlər gözləyir. Respublikanın xalq artistləri Afaq Bəşirqızı və Elxan Əhədzadə dublyorları Boris Qrafkin və Svetlana Bulaxla birgə Soltan bəylə Cahan xala obrazlarını canlandıracaqlar. Yuliya Heydərova Gülçöhrə, Fərid Əliyev və Bəxtiyar Bağırov isə Əsgər bəyin obrazını canlandıracaqlar. Nərgiz Kərimova ilə Ülkər Əliyeva isə Asya rolunda çıxış edəcəklər.

Teatr yubiley mövsümündə sənətsevərlərə bir sıra yeni tamaşalar təqdim edəcək. Məşqlərini mərhum rejissor Faiq Zöhrabovun başladığı, amma təssüf ki, sona çatdırmadığı “İddialı qaraçı” (İmre Kalman) əsərini xalq artisti rejissor Cənnət Səlimova tamamlayacaq. Həmkarları bu tamaşanı uzun illər Musiqili Komediya Teatrının səhnəsində neçə-neçə əsərə həyat vermiş rejissorun unudulmaz xatirəsinə həsr ediblər. Cənnət Səlimova həm rejissoru, həm də səhnə tərtibatçısı olduğu digər tamaşa Aleksandr Valodinin “Sevdiklərinizdən ayrılmayın”dır. Yeni mövsümün yeni əsərləri arasında rejissor Nicat Kazımovun quruluş verdiyi “Biri vardı, biri yoxdu” simfonik nağılı (Sergey Prokofyev) da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR