Bank Of Baku

Heykəltəraş Ömər Eldarov Müslüm Maqomayevin qəbirüstü abidəsini hazırlayır

Heykəltəraş Ömər Eldarov Müslüm Maqomayevin qəbirüstü abidəsini hazırlayır
# 15 sentyabr 2009 13:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan dünya şöhrətli müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayevin qəbirüstü abidəsi hazırlanır. Bunu APA-ya açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədri Xanlar Əhmədov deyib. O bildirib ki, artıq qəbirüstü abidənin modeli hazırdır: “Müslüm Maqomayevin qəbirüstü abidəsinin hazırlanmasını heykəltəraş Ömər Eldarova həvalə olunub. O da artıq modeli hazırlayıb və hazırda abidənin mərməri yonulur”. X. Əhmədov qeyd edib ki, abidə Müslüm Maqomayevin vəfatının ildönümünə qədər hazır olacaq.

Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı müğənni, SSRİ-nin xalq artisti Müslüm Maqomayev 2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib. Sənətkarın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR