Bank Of Baku

Əməkdar artist Fidan Hacıyeva beş operada baş rolu ifa edəcək – FOTOSESSİYA

Əməkdar artist Fidan Hacıyeva beş operada baş rolu ifa edəcək – <font color=red>FOTOSESSİYA</font>
# 16 sentyabr 2009 13:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva beş opera üzərində işləyir. F. Hacıyevanın APA-ya verdiyi məlumata görə, bunlar Pedro Maskaninin “Kənd namusu”, Jorj Bizenin “Karmen”, Cüzeppe Verdinin “Aida” və “Trubadur”, Rassininin “Sevilya bərbəri” operalarıdır. Həmin operalarda Fidan Hacıyeva baş rollarda çıxış edəcək. Noyabrın 7-də isə solist Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Jorj Bizenin “Karmen” operasında baş rolu canlandıracaq. Əməkdar artist bu il müddətində Azərbaycan Dövlət Filarmoniyasında solo-konsert verməyi də qarşısına məqsəd qoyub: “Artıq solo-konsertlə bağlı proqram hazırlanır. Həmin konsertdə klassik əsərlərlə yanaşı, romanslar, xalq mahnıları da olacaq. Bu konsert Teymur Göyçayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə təşkil olunacaq”.

Sənətçi Böyük Britaniyadan çoxsaylı konsert təklifləri aldığını da vurğulayıb: “Bu konsert təkliflərinə hələ baxıram. Artıq məlum olan səfərləri həyata keçirdikdən sonra o təklifləri də dəyərləndirməyi düşünürəm. Mən hazırda xalq mahnılarını, romansları ingilis dilinə tərcümə edirəm. Bunu etməkdə məqsədim Azərbaycan musiqisinin gözəlliyini xarici ölkə vətəndaşlarına başa salmaq və onların bu musiqinin tam aydın formada anlamalarına yardım etməkdir. Mən bütün işlərimi planlaşdırılmış şəkildə həyata keçirirəm. Planlaşdırmasam mənim heç bir işim getməz. Artıq bir illik proqramım yazılıb və onun əsasında işləyirəm”.

Yeni klip çəkdirməyi də düşünən Fidan Hacıyeva bu klipin Latın-Ameika rəqsləri formasında “Tanqo”ya oxşar çəkiləcəyini qeyd edib: “Gözəl bir klip çəkdirmək istəyirəm, Tanqo formasında. Bu, sürpriz olacaq. Bu layihəni bəstəkar Vüsalə İlyasova ilə birgə hazırlayırıq. Klipin rejissoru Etibar Babayev olacaq. Təkliflər çoxdur və hamısını çatdırmağa çalışıram. Bu gün reklam çox böyük önəm daşıyır. Hazırda beş opera üzərində işləyirəm, ancaq çoxlarının xəbəri yoxdur. Bütün bunlardan xəbərlərinin olmasını arzulayıram, çünki mən onlar üçün işləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR