Bank Of Baku

Sentyabrın 22-də Heydər Əliyev Sarayında “Qala” bədii filminin təqdimat mərasimi keçiriləcək

Sentyabrın 22-də Heydər Əliyev Sarayında “Qala” bədii filminin təqdimat mərasimi keçiriləcək
# 17 sentyabr 2009 09:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 22-də Heydər Əliyev Sarayında “Qala” bədii filminin təqdimat mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Qarabağ müharibəsinə həsr edilən bu film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” studiyasında tanınmış prodüserlər Rauf Atamalıbəyov və Timur Vaynşteyn tərəfindən çəkilib. Filmin quruluşçu rejissor Şamil Nəcəfzadə, ssenari müəllifləri Şamil Nəcəfzadə, Ramiz Rövşən, operator Kənan Məmmədov, rəssamlar Arif Məhərrəmov, Əziz Məmmədov, bəstəkar Cahangir Zülfüqarovdur. Filmdə baş rolları Rasim Balayev, Vidadi Həsənov, Yuliya Peresild, Məhəmməd Əlili, Məbud Məhərrəmov Sonaxanım Mikayılova, Yuriy Baliyev və başqaları ifa edirlər. Sözügedən film sentyabrın əvvəllərində Monreal Ümumdünya Kino Festivalında uğurla nümayiş etdirilib. Bu film xarici filmlər nominasiyasında “Oskar” mükafatına təqdim edilmək üçün müsabiqəyə də təqdim olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR