Bank Of Baku

Gəncədə “Cavad xan” filminin təqdimatı keçirilib

Gəncədə “Cavad xan” filminin təqdimatı keçirilib
# 18 sentyabr 2009 09:33 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. «Cavad xan» bədii filminin yaradıcı kollektivi Gəncə şəhərində filmin təqdimatını keçirib və yerli ziyalılar, media nümayəndələri ilə görüşüblər. APA-nın qərb bürosunun məlumatına görə, film Gəncə şəhər İcra Hakimiyyəti binasını böyük zalında nümayiş etdirilib. Filmin ssenari müəllifi, millət vəkili Sabir Rüstəmxanlı tədbirdə çıxış edib: “Belə işlərdə adətən, əsas problem maliyyə ilə bağlı olur. Böyük tarixi qəhrəmanımızın ruhuna bir töfhə olan bu filmin çəkilişi üçün biz öncə Gəncənin imkanlı iş adamlarına müraciət etdik. Amma onlar səsimizə səs vermədilər. Sonda, ölkə prezidentinə üz tutmalı olduq və bu gördüyünüz əsərin ərsəyə gəlməsi məhz onun diqqət və qayğısının sayəsində mümkün oldu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR