Bank Of Baku

“Leyli və Məcnun” operasının 100-cü tamaşasının DVD versiyası Azərbaycanda satışa çıxarılacaq

“Leyli və Məcnun” operasının 100-cü tamaşasının DVD versiyası Azərbaycanda satışa çıxarılacaq
# 18 sentyabr 2009 12:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bir müddət əvvəl İspaniyanın Malyorka şəhərində konsert proqramı ilə çıxış edən Azərbaycanlı musiqiçilərin çıxışlarından ibarət DVD hazırlanıb. Kastel De Belver adlanan qəsrdə təşkil olunan konsertdə xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, əməkdar artistlər Yeganə Axundova, Elçin Həşimov və Elnur Əhmədov iştirak edib. Mənsum İbrahimovun APA-ya verdiyi məlumata görə, proqramda Azərbaycanın dünya şöhrətli bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov və başqalarının əsərləri ifa olunub: “Həmin konsertdə “ Leyli və Məcnun” operasından parça da oxumuşduq. Artıq bir həftədir ki, konsertin təşkilatçıları tərəfindən həmin konsertin DVD versiyası buraxılıb. Bizim özümüzə də 100 ədəd hədiyyə göndəriblər. Bu, çox gözəl bir haldır və bu addım Azərbaycan musiqisinin dünyaya inteqrasiya olunmasına xidmət edir”. Xanəndənin bildirdiyinə görə, Moskvada işıq üzü görən Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının 100-cü tamaşasının DVD versiyasının yenidən buraxılması nəzərdə tutulur: “Leyli və Məcnun”un DVD versiyası 1000 nüsxə buraxılıb. Çünki bu DVD ilk öncə səfirliklər, kitabxanalar, musiqi ocaqları üçün nəzərdə tutulurdu. Artıq tələbat çox olduğu üçün bu işi kütləviləşdirmək qərarına gəliblər. DVD yenidən böyük tirajla buraxılacaq və Azərbaycanda satışa çıxarılacaq”.
Qeyd edək ki, “Leyli və Məcnun” operasının 100-cü tamaşasında Məcnun rolunu Mənsum İbrahimov, Leyli rolunu isə Nəzakət Teymurova canlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR