Bank Of Baku

Azərbaycanın gənc skripkaçısı Polşada keçirilən beynəlxalq müsabiqənin laureatı olub

Azərbaycanın gənc skripkaçısı Polşada keçirilən beynəlxalq müsabiqənin laureatı olub
# 23 sentyabr 2009 12:12 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Polşada keçirilən Karol Lipinski və Henrik Vienavki adlına XI gənc skripkaçıların beynəlxalq müsabiqəsində iştirak edən Azərbaycan təmsilçisi müsabiqəsinin laureatı adına layiq görülüb. Bu barədə APA-ya Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib. Sentyabrın 16-da Lyublin şəhərində başlayan müsabiqə sentyabrın 24-də başa çatacaq.

Üç ildən bir keçirilən və musiqi dünyasında ən mötəbər tədbirlərdən sayılan müsabiqənin tarixində ilk dəfə olaraq Azərbaycanı on bir yaşlı gənc skripkaçı, prezident İlham Əliyevin xüsusi təqaüdünə layiq görülmüş və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış Elvin Xoca Qəniyev təmsil edir. O, final mərhələsinə yüksəlib və artıq müsabiqənin laureatı olub.

Qeyd edək ki, Azərbaycan təmsilçisi hazırda davam edən müsabiqənin qalibi olmaq şansını saxlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR