Bank Of Baku

X Tiflis Beynəlxalq Kino Festivalında pitçinq-market təşkil olunacaq

X Tiflis Beynəlxalq Kino Festivalında pitçinq-market təşkil olunacaq
# 23 sentyabr 2009 12:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 2-dən 5-dək Gürcüstanda keçiriləcək 10-cu Tiflis Beynəlxalq Kino Festivalı zamanı sənədli filmlərin layihələri üçün pitçinq-marketin təşkil olunması nəzərdə tutulur. “Nərimanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, ilk dəfə olaraq bu pitçinq-sessiya Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova kimi ölkələrdən olan sənədli film layihələrinin ərizələrini qəbul edir. Sürəkliliyi 50 dəqiqə və daha artıq olan sənədli film layihələri sessiyanın iştirakçısı ola bilərlər. Hər ölkədən yalnız 2 sənədli film layihəsi seçiləcək. Məlumata görə, pitçinq-sessiya təcrübəli arbitrlərin köməyi ilə keçiriləcək. Ən yaxşı sənədli film layihəsi 5000 avro məbləğində pul mükafatı ilə təltif olunacaq. Sessiyada iştirak etmək üçün ərizələr 25 oktyabradək qəbul olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR