Bank Of Baku

Bəstəkarlar İttifaqına yeni üzvlər qəbul olunub

Bəstəkarlar İttifaqına yeni üzvlər qəbul olunub
# 24 sentyabr 2009 12:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqına (ABİ) yeni üzvlər qəbul olunub. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni üzvlərin qəbulu bu günlərdə keçirilən ABİ-nin iclasında müəyyənləşib. Belə ki, iclasda
ittifaqa üzvlərin qəbulu məsələsinə toxunan ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə qeyd edib ki, 2007-ci ildə ittifaqa 12 yeni üzv qəbul edilib. Sədr bildirib ki, ötən il də bir çox gənc bəstəkar və musiqişünaslar ABİ-yə üzv qəbul olunmaq üçün namizədliklərini irəli sürüblər. İclasda üzvlüyə namizədlərin sənədlərinə baxılıb, hər biri barədə rəylər açıqlanıb və namizədlərlə ayrı-ayrılıqda söhbətlər aparılıb. Namizədlərdən bəstəkarlar Firudin Allahverdi, Rəna Geli və musiqişünas Ellada Hüseynova, ABİ İdarə Heyətinin yekdil qərarı ilə təşkilatın sıralarına qəbul olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR