Bank Of Baku

Musiqili Komediya Teatrının balet truppası Gəncəyə səfərə yola düşür

Musiqili Komediya Teatrının balet truppası Gəncəyə səfərə yola düşür
# 25 sentyabr 2009 10:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının balet truppası sentyabrın 26-da Gəncə şəhərinə yeni səfərə yola düşəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, burada keçirilən şəhər gününə dəvət olunan balet artistləri “Gəncə - 2003” bayram şənliklərində iştirak edəcək. Təkcə ötən bir il ərzində Moskvada, Yekaterinburqda, Novosibirskdə, iki dəfə Türkiyədə, Gürcüstanda maraqlı proqramla çıxış edən kollektiv bu səfərini eyni zamanda doğma teatrın 100 illik yubileyinə həsr edir. Sentyabrın 18-i - Milli musiqi bayramında 100-cü teatr mövsümünü uğurla açan gülüş ustalarımız yubileyqabağı günlərdə respublikanın ayrı-ayrı bölgələrinə daha bir neçə səfər planlaşdırır. Gəncədə keçiriləcək konsertlərdə teatrın aparıcı solistləri - tenor Ramil Qasımov və soprano Ülviyyə Novruzova da iştirak edəcəklər. Proqrama klassik Azərbaycan və xarici bəstəkarların əsərləri daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR