Bank Of Baku

Azərbaycanlı karikaturaçı-rəssam beynəlxalq müsabiqədə birincilik qazanıb

Azərbaycanlı karikaturaçı-rəssam beynəlxalq müsabiqədə birincilik qazanıb
# 28 sentyabr 2009 08:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. ABŞ-ın Oriqona ştatında amerikalı karikaturaçı Homer Devonportun xatirəsinə həsr olunmuş beynəlxalq karikatura müsabiqəsi keçirilib.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin İdarə heyətindən APA-ya verilən məlumata görə, artıq ənənəyə çevrilmiş, hər il təşkil olunan “Homer Devonport” Beynəlxalq Karikatura Müsabiqəsinə 2009-cu ilin sentyabrında yekun vurulub. Beynəlxalq müsabiqənin nəticələrinə görə I yerə azərbaycanlı karikaturaçı-rəssam Bayram Hacızadənin əsəri layiq görülüb. Müsabiqənin siyasi karikatura nominasiyasında isə Bayram Hacızadənin müəllifi olduğu digər karikatura II yeri tutub. Müsabiqədə III yerə Coe Qroşek (ABŞ), müsabiqənin xüsusi mükafatına isə Jan Tomaschoff (Almaniya) və Keit Tuker (ABŞ) layiq görülüblər. Amerikada və dünyada siyasi karikatura ənənələrini qoruyan və yaşadan “Homer Devonport” Beynəlxalq Karikatura Müsabiqəsində münsiflər heyəti qismində tanınmış karikatura ustaları, beynəlxalq karikatura təşkilatlarının rəhbərləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR