Bank Of Baku

Bakı Uşaq Teatrı yeni mövsümünü Lənkəranda açıb

Bakı Uşaq Teatrı yeni mövsümünü Lənkəranda açıb
# 28 sentyabr 2009 14:05 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bakı Uşaq Teatrı özünün 8 - ci mövsümünə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Teatrında Arzu Soltanın “Xaş-xaşın göz yaşları” tamaşası ilə başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, Ədliyyə Nazirliyinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin sifarişi ilə yeniyetmə gənclər üçün nəzərdə tutulan və maarifləndirici xarakter daşıyan əsərin əsas mövzusunu narkomaniyanın cəmiyyətdə törətdiyi fəsadlar və bu bəladan qurtulmağın yolları təşkil edir. İntiqam Soltanın quruluş verdiyi tamaşanın rəssamı Sevda Məmmədyarova, musiqi tərtibatçıları isə Mahir İbrahimov və Vüqar Camalzadədir. Əsas rolları teatrın gənc aktyorlarından Ruslan Mürsəlov, Nəcəf Məmmədov, İlhamə Məmmədova, Esmira Həsənli və başqaları ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR