Bank Of Baku

Əyyub Quliyev Rumıniyada keçirilən dirijorların beynəlxalq müsabiqəsində qalib gəlib

Əyyub Quliyev Rumıniyada keçirilən dirijorların beynəlxalq müsabiqəsində qalib gəlib
# 28 sentyabr 2009 20:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın gənc dirijoru Əyyub Quliyev Rumıniyanın Krayova şəhərində keçirilən dirijorların beynəlxalq müsabiqəsində birinci yeri qazanıb.

Ə.Quliyevin APA-ya verdiyi məlumata görə, 20-26 sentyabr tarixlərində keçirilmiş müsabiqədə 15 ölkədən 32 dirijor iştirak edib. Müsabiqədə Kanada, Fransa, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Rumıniya, Braziliya, Polşa, Yaponiya, Cin, Koreya, Belarus və Azərbaycandan dirijorlar təmsil olunub. Müsabiqənin nəticələrinə əsasən beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev 1-ci yerə layiq görülüb və müsabiqənin qalibi adını qazanıb. Müsabiqədə 2-ci yerə İspaniya təmsilçiləri Martinez Orts və Mariya Karbalyo, 3-cü yerə isə Polşa təmsilçisi Kazimir Dambrjovski layiq görülüblər.

Müsabiqə Rumıniya Mədəniyyət Nazirliyi, Krayova şəhər meriyası, Krayova Dövlət Opera Teatrı və Krayova Dirijorlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilib. 4 turdan ibarət olan müsabiqənin 1-ci turunda iştirakçılar “Krayova virtuozları” kamera orkestri, 2-ci turda Elena Teodorini adına Dövlət Opera və Balet Teatrının solistləri, xoru və orkestri, 3 və 4-cü turlarda isə “Olteniya” Dövlət Filarmoniyasının orkestri ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR