Bank Of Baku

Azərbaycanda Kazım Qarabəkir paşanın həyatından bəhs edən “Şərqin fatehi” sənədli filminin çəkilişləri başa çatıb

Azərbaycanda Kazım Qarabəkir paşanın həyatından bəhs edən “Şərqin fatehi” sənədli filminin çəkilişləri başa çatıb
# 30 sentyabr 2009 09:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Kazım Qarabəkir paşanın həyatından bəhs edən tarixi-sənədli film bu yaxınlarda ekranlara çıxacaq. “Salnamə” sənədli filmlər studiyasında istehsal olunan film “Şərqin fatehi” adlanır. Filmin rejissoru Tahir Əliyev APA-ya bildirib ki, filmin çəkilişləri İstanbul, Ankara, Ərzurum, Qars və Naxçıvan şəhərlərində aparılıb. İstanbul və Ankara arxivlərində iki il araşdırma aparıldıqdan sonra filmin çəkilişlərinə start verilib və çəkiliş müddəti bir il davam edib. Filmin ideya müəllifi Əqidə Ələkbərli, rejissoru Tahir Əliyev, operatorları Taleh Məhərrəmov və Elşən Həsənoğlu, prodüser Böyükağa Məmmədovdur. Rejissorun sözlərinə görə, tarixi mövzuda olan film unikal kinoxronikalar əsasında çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR