Bank Of Baku

Maqbet Bünyatov: “2010-cu ildə teatrımıza gənc aktyorlar cəlb edəcəyik”

Maqbet Bünyatov: “2010-cu ildə teatrımıza gənc aktyorlar cəlb edəcəyik”
# 01 oktyabr 2009 09:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına gənc kadrlar cəlb olunacaq. Bu barədə APA-ya teatrın direktoru Maqbet Bünyatov məlumat verib. Teatr rəhbəri bildirib ki, hazırda teatrın binasının əsaslı təmirdə olması bu işin həyata keçirilməsinə imkan vermir: “Teatrda hər vaxt islahatlar aparılması mütləqdir və biz işimizi bu tendensiya üzrə qurmuşuq. Biz artıq qarşımıza məqsəd qoymuşuq ki, 2010-cu ildə Milli Teatrımıza yeni kadrlar cəlb edək. Gənc aktyorların teatra cəlb olunması üçün teatrın binasında aparılan təmir işləri başa çatmalıdır”.

M. Bünyatov deyib ki, teatrın binasında aparılan əsaslı təmirin 2010-cu ilin ikinci yarısında tam yekunlaşması nəzərdə tutulur. Gələn il teatr kollektivi yeni mövsümü məhz doğma teatrın binasında açmaq arzusundadırlar. Teatr rəhbəri onu da vurğulayıb ki, hazırda teatr rəhbərliyi Qazaxıstanla danışıqlar aparır. Danışıqlar nəticəsində teatr kollektivinin Qazaxıstana səfəri gözlənilir. Teatr kollektivi həmçinin oktyabrın 13-ü və 14-də Zərdab, 15-də isə Ucarda qastrol səfərində olacaqlar. Səfər çərçivəsində teatrın yaradıcı kollektivi Əli Əmirlinin “Varlı qadın” tamaşası ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR