Bank Of Baku

Balet ulduzları Olqa Qayko və İqor Artamanov Azərbaycan Opera və Balet Teatrının səhnəsində çıxış edəcəklər

Balet ulduzları Olqa Qayko və İqor Artamanov Azərbaycan Opera və Balet Teatrının səhnəsində çıxış edəcəklər
# 01 oktyabr 2009 11:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P. Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əsas rolları klassik balet sənəti ulduzları – Belorus Akademik Böyük Teatrının aparıcı solistləri, Belarusun xalq artistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Olqa Qayko və İqor Artamonov ifa edəcəklər.
O. Qayko və İ. Artamonov hazırda Avropanın ən populyar və dəbdə olan balet ulduzlarından sayılırlar. Onlar London, Paris, Sürix, Münhen, Amsterdam və Avropanın bir sıra digər paytaxt şəhərlərində uğurlu qastrol səfərlərində olublar. 2008-ci ildə Tokioda keçirilən beynəlxalq balet sənəti festivalında bu cütlük “Qu gölü” baletində əsas partiyaların ən yaxşı ifaçıları üçün təsis edilmiş prizə layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR