Bank Of Baku

Sumqayıtda “Salam, əziz düşmən” adlı sərginin açılışı olub

Sumqayıtda “Salam, əziz düşmən” adlı sərginin açılışı olub
# 02 oktyabr 2009 15:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Bu gün Sumqayıt Dövlət Rəsm Qalereyasında “Salam, əziz düşmən” adlı sərginin açılışı olub. APA-nın məlumatına görə, sərgi Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Açılışda şəhər İcra Hakimiyyətinin nümayəndələri, Almaniya səfirliyinin Mədəniyyət şöbəsinin rəhbəri və şəhər ictimaiyyəti iştirak edib. Açılış mərasimində çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Həsənov bu sərginin təşkilinin Sumqayıt şəhərinin 60 illiyinə böyük töhfə olduğunu vurğulayıb. Daha sonra Almaniya səfirliyinin Mədəniyyət şöbəsinin rəhbəri Şmidter çıxış edərək Azərbaycanda Almaniya Həftələri “Almaniya ilə tanışlıq” proqramı çərçivəsində həyata keçirilən bu sərgidə sülhə və tolerantlığa aid uşaq kitabları nümayiş etdirildiyini qeyd edib. Onun sözlərinə görə, sərgidə nümayiş olunan kitablar Münhen şəhərində yerləşən və bu il 60 illik yubileyi qeyd ediləcək “Beynəlxalq Gənclər Kitabxanası” tərəfindən təqdim edilib.
Qeyd edək ki, sərgi oktyabrın 10-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR