Bank Of Baku

Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Tacikistanda səhnəyə qoyulub

Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Tacikistanda səhnəyə qoyulub
# 06 oktyabr 2009 19:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Üzeyir Hacıbəylinin ev-muzeyinin fondu yeni eksponatla - Tacikistanda səhnəyə qoyulmuş “Arşın mal alan” musiqili komediyasının lent yazısı ilə zənginləşib.

Muzeyin direktoru Sərdar Fərəcovun APA-ya verdiyi məlumata görə, bəstəkar Xəyyam Mirzəzadə tacik kanalında “Arşın mal alan”ı izləyib. Tamaşa Kurqan-tübe şəhərində yerli teatrda səhnələşdirilib: “Qərara gəldik ki, lent yazısını əldə etmək üçün Azərbaycanın Tacikistandakı səfirliyinə müraciət edək. Bir müddət sonra tamaşanın videoyazısı bizə göndərildi”.

S.Fərəcov deyib ki, bu yaxınlarda tamaşanın videoyazısının Azərbaycanın musiqi ictimaiyyətinə təqdim edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR