Bank Of Baku

Dövlət Film Fonduna qiymətli kino arxiv sənədləri hədiyyə edilib

Dövlət Film Fonduna qiymətli kino arxiv sənədləri hədiyyə edilib
# 08 oktyabr 2009 09:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova–APA. Dövlət Film Fonduna çox qiymətli kino arxiv sənədləri daxil olub. Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, bu kino sənədlər kolleksioner Sabir Sadıqov tərəfindən hədiyyə edilib. Bu sənədlər arasında II dünya müharibəsi, Berlinin alınması, Macarıstan və Polşanın azad olunması, Ukrayna üzərində döyüşlər, oktyabr inqilabı, eləcə də müxtəlif ölkələrlə bağlı tarixi kino sənədləri var. C. Quliyevin bildirdiyinə görə, bu arxiv sənədləri çox böyük həcmdədir. Bu sənədlər Dövlət Film Fondunda bərpa olunacaq. Fond rəhbəri onu da deyib ki, bu yaxınlarda Moskvada yaşayan fotoqraf Georgi Mçeleşvili Azərbaycanın tanınmış rəssamları Tahir Salahov və Toğrul Nərimanbəyov, eləcə də bəstəkarlar Cövdət Hacıyev, Süleyman Ələsgərovun fotolarının neqativlərini fonda göndərib. Bu neqativlər isə Dövlət Film Fondunun rəhbərliyi ilə fotoqraf arasında aparılan uzun danışıqlardan sonra verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR