Bank Of Baku

Uşaq kollektivlərinin “Bizim rəngarəng dünyamız” adlı konserti keçiriləcək

Uşaq kollektivlərinin “Bizim rəngarəng dünyamız” adlı konserti keçiriləcək
# 09 oktyabr 2009 12:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 2009-cu ilin “Uşaq İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Sarayında uşaq kollektivlərinin ”Bizim rəngarəng dünyamız” adlı konserti keçiriləcək. Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə APA-ya verdiyi məlumatında bildirib ki, uşaqlar üçün təşkil olunan bu konsert proqramı oktyabrın 25-də baş tutacaq. Konsertdə “Çiçəyim” Uşaq Teatrı, “Azəri inciləri” mahnı və rəqs kollektivi, “Dəcəl qızlar”, “Asiman” və “Şənlik” rəqs qrupları rəngarəng mahnı v ərəqs nömrələri ilə çıxış edəcəklər. A. Fərəczadənin sözlərinə görə, həmin gün azyaşlı tamaşaçıların qarşısında əməkdar artist Tünzalə Ağayeva və müğənni Ayaz Qasımov da çıxış edəcək.
Mətbuat katibi qeyd edib ki, ”Bizim rəngarəng dünyamız” adlı uşaq kollektivlərinin konsertinin biletləri 3-10 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR