Bank Of Baku

Bəstəkar Tofiq Quliyevə həsr edilmiş konsert keçiriləcək

Bəstəkar Tofiq Quliyevə həsr edilmiş konsert keçiriləcək
# 10 oktyabr 2009 08:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Oktyabrın 20-də “Kapellhaus” - Alman-Azərbaycan Mədəniyyət Mərkəzində “Sənə sevirəm dedim” adlı musiqili bədii gecə keçiriləcək.

Gecədə bəstəkar Tofiq Quliyevin mahnıları səsləndiriləcək. Gecənin təşkilatçılarından olan bəstəkar-pianoçu Ülviyyə Vəliyevanın APA-ya verdiyi məlumata görə, tədbir bəstəkarın yaradıcılığı üzərində qurulub, onun mahnıları instrumental şəkildə tar və pianoda ifa ediləcək: “Gecənin proqramını çalışdığım Mədəniyyət və İncəsənət Universitetinin bir neçə müəllim heyəti ilə birgə hazırlamışıq. Tarda ifa edəcək Gülağa Zeynalovu mən pianoda müşayiət edəcəyəm. Gecə Tofiq Quliyevin məhəbbət mahnıları üzərində qurulduğu üçün proqrama bu mövzuda şeirlər də daxil etmişik. Bədii qiraətçilər Məleykə Məmmədova və əməkdar artist Azad Şükürovun ifasında şair Ramiz Rövşən, Baba Vəziroğlu, Qabil və Nüsrət Kəsəmənlinin məhəbbət şeirləri proqrama daxil edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR