Bank Of Baku

Əlixan Səmədov xalq mahnılarından ibarət albom hazırlayır - FOTOSESSİYA

Əlixan Səmədov xalq mahnılarından ibarət albom hazırlayır - <font color=red>FOTOSESSİYA</font>
# 12 oktyabr 2009 08:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 20 ilə yaxındır ki, Türkiyədə yaşayan, bu zamana kimi dünyanın 45 ölkəsində konsertlər verən, Azərbaycanın xalq mahnılarından ibarət yeddi diski işıq üzü görən, Azərbaycanın dünya şöhrətli balaban ifaçısı Əlixan Səmədovun səkkizinci albomu hazırlanır. Bununla bağlı APA-ya məlumat verən musiqiçi bildirib ki, artıq hazırlıqlarına başlanılmış albomda xalq mahnıları yer alacaq. Əlixan Səmədovun bu diski Bolqarıstanda “World Music” musiqi şirkətində hazırlanacaq. Yeni diskin bu ilin sonuna kimi işıq üzü görəcəyi bildirilir. Onu da bildirək ki, Ə. Səmədov musiqiçi olmaqla yanaşı həm də professional şahmatçıdır. Şahmatı tədris edən Ə. Səmədovun tələbələrindən biri bir müddət əvvəl dünya çempionu olub.

Əlixan Səmədov 1993-cü ildən etibarən Türkiyədə yaşayır və qısa müddətdə balabanda peşəkar ifası ilə dünyaya səs salıb. Musiqiçinin ilk albomu da “Balaban” adı altında hazırlanıb. Bu günə kimi bir çox mükafatlara layiq görülən Ə. Səmədov Azərbaycanın milli musiqi aləti olan balabanı dünyaya tanıdıb. O, 1993-cü ildə “Xalq rəqsləri yarışması”nın “Ən yaxşı musiqiçi”, 1996-cı ildə “Ən yaxşı musiqi və ən yaxşı musiqiçi” mükafatına, 1997-ci ildə “Milliyyət” qəzetinin təşkil etdiyi yarışmanın xüsusi mükafatına, 2007-ci ildə akademik Yusif Məmmədəliyev adına medala layiq görülüb. Bundan əlavə Ə. Səmədov bu illər ərzində Türkiyə ilə yanaşı, Almaniya, Fransa, Yaponiya, İspaniya, Sinqapur, Makedoniya, Kosova, Rumıniya, Yunanıstan, Bolqarıstan, Rumıniya kimi ölkələrdə konsert proqramları ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR