Bank Of Baku

Rafet El Roman Bakıda konsert verəcək

Rafet El Roman Bakıda konsert verəcək
# 12 oktyabr 2009 08:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Türkiyənin tanınmış müğənnisi Rafet El Roman Bakıda konsert verəcək. Konsertin təşkilatçısı “Ses Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya bildirib ki, konsert noyabrın 29-da baş tutacaq. Sənətçi konsertdən bir gün əvvəl Bakıya gələcək.

Konsert “Metkartinq” İstirahət Mərkəzinin qış zalında gerçəkləşəcək. Biletlərin qiyməti yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Rafet El Romanın Bakı konsertinin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR