Ramiz Əzizbəyli: “Müalicəmə görə zinət əşyalarını da, maşınımızı da satmışam” - MÜSAHİBƏ
- Sizinlə söhbətimizdən sonra elə həmin gün Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsindən yanıma gəldilər, beş-altı dəqiqə oturdular və mənə zərfin içində 600 manat pul verdilər. Mən hər bir zaman hamıya demişəm ki, mən sədəqə yığan kişilərdən deyiləm, ya da kiməsə ismarıc göndərmirəm ki, mənə pul gətirin. Hər kəs öz mənliyini, qürurunu qoruyur. Mən sənətkar mənliyimi qoruyuram. Mənim təqaüd almaq zamanım gəlib yetişib. 15 yaşında uşaqlara təqaüd verirlər, 60 yaşında kişiyə isə təqaüd verilmir. Məni hələ bu təqaüdə təqdim eləmirlər. Onlar gələndə bildirim ki, qoyun, mən qanuni pulumu alım. Mənə iş verin, film çəkim, öz maaşımın, qonorarımın hesabına özümü müalicə edim. Mənim sizdən tələbim, umacağım, davam bundan ibarətdir. Yoxsa mən sizin şəxsiyyətinizə toxunmuram, təhqir eləmirəm, yerinizdə gözüm yoxdur. Onlar qorxular ki, gəlib kiminsə yerini əlindən alacağam, mənim isə elə şeylərlə işim yoxdur. Dedilər, darıxma olacaq-olacaq, deyəsən başımın altına bir az da yastıq qoydular, 600 manata güc-bala ilə qol çəkdirdilər. Onu da almırdım, “dedilər qol çəkib, götürmüşük, eyibdir”, mən də qəbul etdim.
- Bu maddi yardımın Sizin müalicənizə bir köməyi oldu?
- Bu məbləğ ancaq bir dəfəlik rentgenə getməyimə bəs etdi. İndi bütün klinikalar özəl klinikalardır, hər şey ödənişlidir. Dövlət klinikalarında o aparatlar yoxdur, olsa da köhnədir. Özləri deyirlər ki, dəqiq bir şey deyə bilmərik, qorxuruq.
- Sizin xəstəliyinizlə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, əgər müraciət etsəniz, nazirlik Sizin xaricdə müalicənizi koordinasiya edə bilər.
- Uzun illərdir mən bu sahədə işləyirəm və yetəri qədər tanınıram. Bu elə müraciət kimi bir şeydir, yoxsa gedib elə qonşuma deyərəm də... Bütün Kütləvi İnformasiya Vasitələri bu barədə yazıb. Axı, mən deyən kişilərdən deyiləm. Almaniya, Amerika, Los-Ancelesdən dost-tanış eşidib zəng vururlar. Mən burdan-bura Səhiyyə Nazirliyinə deməliyəm ki, mənim dişim ağrıyır, gəl dişimi çək? Mən bunu deyə bilmərəm.
- Ramiz müəllim, ümumiyyətlə Sizin tam şəkildə müalicə olunmanız üçün nə qədər vəsait lazımdır?
- Mən bu vəsaiti dəqiq deyə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, dostlarımın maddi köməyini ora qatmaqla, 18-20 min manat vəsait xərcləmişəm. Zinət əşyalarımı, maşınımı satmışam. Bəzi dostlar var ki, məcburi də olsa, maddi kömək edirlər. Yenə də qurban olum bu xalqın yaxşı insanlarına, onların hesabına bir təhər yaşayıram. Amma əməliyyatla bağlı bilmirəm, birinci dəfədir ki, bu bəlaya düçar olmuşam. Əməliyyata girənə qədər uzun bir yol keçirsən. Hər yeni baxan yenidən hər bir şeyin müayinəsinə göndərir. Bu müayinələr özü həm məni yataq xəstəsinə çevirir, həm də nə qədər iynə, dava-dərman gedir. Ona görə nə qədər vəsait lazım olduğunu deyə bilmərəm.
- Bu müddət ərzində səhhətinizdə hər hansısa bir yaxşılaşma yoxdur?
- Qurban olum xalqıma, mənim yaxşılaşmamın səbəbi ilk növbədə xalqımın mənə qarşı diqqətinin nəticəsidir. Çünki mənəvi dəstək hiss edəndə insan üçün yaxşı olur. İnsan daxilində öz iradəsini toplaya bilir. Son müalicə əvvəlki günlərə nisbətən bir qədər ağrımı azaldıb. Əgər əvvəllər ancaq arxası üstə uzana bilirdimsə, indi hərdən bir tərəfim üstə yatıram. Eyni zamanda qızdırmam da aşağı düşüb, bir az gözüm açılıb. Bilirsiniz, mən illər boyu mənəvi təzyiqlərə məruz qalmışam. Məni xəstəliyə salanda 40 ildir davam edən həmin mənəvi sarsıntılardır. Ağzımdan çörəyimi alıb yeyiblər, cibimdən pulumu çıxarıblar, işimi gözümün qabağında götürüb başqasına veriblər. Bunu eləyən nadan bilməyib ki, mən onu bəşər övladı kimi, insan kimi, azərbaycanlı kimi çox istədiyim üçün onunla mübarizəyə qalxmamışam. Çünki başa düşmüşəm ki, o bəndə kimi məndən çox-çox zəifdir. Əgər kimsə mənim ruzimə, səadətimə əl uzadırsa, demək o qorxaqdır, nadandır, kafirdir, Allah yolundan uzaqlaşan adamdır. Amma bir şeyi umuram ki, mənə təqaüd versələr, heç evdən bayıra çıxmaram. Nə kino çəkmək, nə də efirə çıxmaq istəyirəm. Amma bir şeyi deyim ki, heç zaman nikbinlik hissini əlimdən yerə qoyan, pessimistliyə qapılan, depressiyaya düşən kişilərdən deyiləm. Mənə özü də bilmədən xainlik edən dostlarıma yenə də dost gözü ilə baxıram, çünki mən onlardan özümü bir qat yuxarıda hesab edirəm.
- Aktyor yoldaşlarından sizin yanınıza gəlib maraqlananlar olurmu?
- Aktyorlar da, aktrisalar da gəlib otururlar, hal-əhval tuturlar. Olmayan yerdən birdə görürsünüz, balışımın altına 50-100 manat qoyurlar. Onlar bunu edəndə dava edirəm ki, axı sizin özünüzə verən lazımdır. Hamısı kömək edir, sağ olsunlar.
İncəsənət
Əməkdar artist Arif Mirzəyev dəfn edilib - YENİLƏNİB-1
Bakı Beynəlxalq İncəsənət Festivalının ikinci mövsümündə 10 mindən çox tamaşaçı iştirak edib
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Xəbər Lenti
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir
“AzerGold” rəsmiləri Filizçay layihəsi ilə bağlı Balakəndə yerli icma nümayəndələri ilə görüşüblər - FOTO
“Real Madrid” Arda Gülərlə yeni müqavilə imzalayıb
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib
Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb
Putin, Tramp və Si Cinpin arasında üçtərəfli danışıqların mövzuları açıqlanıb
Kreml Putin və Trampın ikitərəfli görüşünün vaxtının hələ razılaşdırılmadığını bildirib
Bakıda Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib
Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində nəşr edilib
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN
Bakıda növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - FOTO
Almaniyanın xarici işlər naziri Ermənistana gedib
Rafiq Danakari: Amaras monastırına ziyarət xüsusi əhəmiyyət daşıyır
Gəncədə yol qəzasında 4 nəfər xəsarət alıb
Moldova Rusiyaya nota verib
Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO
Şençjen sammiti: Çin, ABŞ və Rusiya liderlərinin görüşü beynəlxalq münasibətlərdə dönüş yarada biləcəkmi? – TƏHLİL
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib
Azərbaycan və bp enerji layihələrinin inkişaf perspektivlərini müzakirə edib
Azərbaycanla Gürcüstan arasında iqtisadi tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib
Uşakov: Putin və Tramp bu gün görüşə bilərlər
Belçika ilə Fransa Ukraynaya ilin sonunadək 12 qırıcı təyyarə verəcək
Nazir: Minimum əməkhaqqının artırılması özəl sektorda maaş artımlarına təkan verir
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Emin Əmrullayev: İxtisas seçimində əmək bazarının tələbləri hər zaman nəzərə alınmır
Trampın Çinə səfəri başlayıb
Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət edib - FOTO
Anar Əliyev: Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən peşələrə təsir göstərəcək
Nazir: Sertifikasiya nəticələrinə əsasən, işdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir
Qevorq Papoyan: Ermənistan Aİİ-ni Avropa İttifaqı ilə əvəz etməyi nəzərdən keçirmir
Sabah Bakıda 21 dərəcə isti olacaq
Emin Əmrullayev: Əsas prioritetlərdən biri ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsidir
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB-1 - FOTO
Qlobal təhsil bazarında yeni süni intellekt platforması - UniDestin fəaliyyətə başladı
“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib
Təhsil müəssisələrində istilik sistemləri ilə bağlı mövcud vəziyyət açıqlanıb
Yohann Vadeful: Bakıda açıq dialoq apardıq
Rusiya ordusu Xarkov vilayətində bazara zərbə endirib, 12 nəfər yaralanıb
Əsgər ölümündə təqsirləndirilən həkim həbs olunub, 9 min manat təzminat ödəyəcək
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
Bakıda ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Məqsədli büdcə fondları ləğv olunur, daxilolmalar dövlət büdcəsinin gəlirlərinə aid ediləcək
Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq
Qoyun əti üzərinə nişan qoyulması üçün dövlət rüsumunun məbləği 2 dəfə azaldılır
Sahibkarlar işlənmiş məişət cihazları, mobil telefonlar və heyvan tullantılarını nağd qaydada ala biləcək
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
Azərbaycandakı diplomatik nümayəndəliklər üçün vergiylə əlaqədar yeni mexanizm təklif edilir
“ƏDV geri al” mexanizmi bütün konsert növlərini əhatə edəcək