Bank Of Baku

Bakıda Rusiyanın dünya şöhrətli Vaxtanov kukla qalereyasının kolleksiyası nümayiş etdirilir

Bakıda Rusiyanın dünya şöhrətli Vaxtanov kukla qalereyasının kolleksiyası nümayiş etdirilir
# 15 oktyabr 2009 15:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Bakıda Müasir İncəsənət Mərkəzində Rusiyanın dünya şöhrətli Vaxtanov kukla qalereyasının kolleksiyasını nümayiş etdirən sərginin açılışı olub. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev kolleksiyanın açılışını yüksək qiymətləndirib: “Bu ilin avqust ayında Moskvada Vaxtanov qalereyasında Azərbaycanın kukla rəssamlarının sərgisi təşkil olunmuşdu. Orada otuz müasir müəllifin, o cümlədən Azərbaycan kukla sənətinin əsasını qoyan Elmira Abbaslının, eləcə də Pərviz Haşımovun əl işləri nümayiş olundu. Elə o zaman Bakıda Vaxtanov qalereyasının kolleksiyasının təqdim olunması barədə danışıqlar aparıldı”.
Qeyd olunub ki, sərgidə Vaxtanov qalereyasının sərgisində 18 rəssamı 25 əsəri nümayiş etdirilir.
Tədbirdə Ənvər Qarayev və Azərbaycanın 3 kukla rəssamı Vaxtanov qalereyasının diplomlarına layiq görülüblər. Sərginin açılışında Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR