Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni əsərlər səhnələşdirilir

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni əsərlər səhnələşdirilir
# 17 oktyabr 2009 00:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi repertuarını yeniləşdirmək və daha da zənginləşdirmək məqsədi ilə ciddi yaradıcılıq işləri üzlərində çalışır. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollektiv artıq görkəmli dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” tamaşasını təhvil verib. Təhvil verilən tamaşanın və hazırda üzərində intensiv məşqlər gedən “Aydın” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov və bəstəkarı Firudin Allahverdidir. Bundan əlavə teatrın repertuarında olan “Ələddinin sehrli çırağı” tamaşasının yeni variantı üzərində gərgin məşqlər gedir. “Ələddinin sehrli çırağı” tamaşasının quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, tryukların quruluşçusu isə İsa Əsədovdur. Gənc Tamaşaçılar Teatrının truppasına qəbul olunan Gənclər və Kamera Teatrlarının truppası vahid ansambl şəklində 2009-2010-cu illərin teatr mövsümü üçün nəzərdə tutduğu Azərbaycan və dünya klassik dramaturgiyasının ən gözəl nümunələrini sevimli tamaşaçılarına təqdim etmək üçün yaradıcılıq prosesi aparır. Bu ilin sonuna qədər beş, mövsümün sonuna qədər daha altı tamaşanın hazırlanıb təhvil verilməsi nəzərdə tutulub. Hazırlanan tamaşalar arasında görkəmli Norveç yazıçısı, Nobel mükafatı laureatı K. Hamsunun “Viktoriya” əsəri və A. Hofmanın “Şelkunçik” əsəri də ilin sonunadək tamaşaçıların ixtiyarına veriləcək. Bundan başqa ilin sonunadək teatrın 80 illik təntənəli yubileyinin keçirilməsi də planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR