Bank Of Baku

Türkiyədə yaşayan azərbaycanlı musiqiçi Əlixan Səmədov noyabrda Heydər Əliyev Sarayında konsert verəcək

Türkiyədə yaşayan azərbaycanlı musiqiçi Əlixan Səmədov noyabrda Heydər Əliyev Sarayında konsert verəcək
# 19 oktyabr 2009 09:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi və “Dünya Azərbaycanlıları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ilk dəfə Bakıda dünya şöhrətli balaban ifaçısı Əlixan Səmədovun solo konserti keçiriləcək. APA-nın məlumatına görə, sevimli ifaçı Əlixan Səmədov azərbaycanlı musiqisevərlərin görüşünə noyabrın 22-də Heydər Əlyev Sarayının səhnəsində gələcək. Artıq günü və məkanı da dəqiqləşən konsert proqramında Əlixan Səmədov üç saata yaxın səhnədə möhtəşəm ifası ilə tamaşaçıları sevindirəcək. Əlixan Səmədovun Bakıdakı konserti “Bakı – İslam Mədəniyyətinin Paytaxtı” ili çərçivəsində təşkil olunacaq. Ə. Səmədov Bakıdakı ilk konsertində maraqlı proqramla çıxış edəcək. Konsertin son variantı gələn həftə dəqiq məlum olacaq. Əlixan Səmədovun konsertinin biletlərinin qiyməti də müəyyənləşdirilir. Xatırladaq ki, bu, indiyədək dünyanın 45 ölkəsində konsert proqramları ilə çıxış edən Ə. Səmədovun öz Vətənində ilk konsertidir.

Əlixan Səmədovun Bakıdakı konsertinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə, vesti.az və lent.az xəbər portallarına məxsusdur.

Əlixan Səmədov 1993-cü ildən Türkiyədə yaşayır və qısa müddətdə balabanda peşəkar ifası ilə dünyaya səs salıb. Musiqiçinin ilk albomu da “Balaban” adı altında hazırlanıb. Bu günə kimi bir çox mükafatlara layiq görülən Ə. Səmədov Azərbaycanın milli musiqi aləti olan balabanı bütün dünyaya tanıdıb. O, 1993-cü ildə “Xalq rəqsləri yarışması”nın “Ən yaxşı musiqiçi”, 1996-cı ildə “Ən yaxşı musiqi və ən yaxşı musiqiçi” mükafatlarına, 1997-ci ildə “Milliyyət” qəzetinin keçirdiyi müsabiqənin xüsusi mükafatına layiq görülüb, 2007-ci ildə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub. Bundan əlavə Ə. Səmədov bu illər ərzində Türkiyə ilə yanaşı, Almaniya, Fransa, Yaponiya, İspaniya, Sinqapur, Makedoniya, Kosova, Rumıniya, Yunanıstan, Bolqarıstan, kimi ölkələrdə konsert proqramları ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR