Bank Of Baku

Mənsum İbrahimov Təbrizdə silsilə konsertlər verəcək

Mənsum İbrahimov Təbrizdə silsilə konsertlər verəcək
# 21 oktyabr 2009 12:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov Təbrizdə üç gün konsert verəcək. Bu barədə APA-ya məlumat verən xanəndə deyib ki, hər üç konsert bu ay baş tutacaq. Oktyabrın 29-u, 30-u və 31-də gerçəkləşək konsert proqramlarında Mənsum İbrahimov tələbəsi, əməkdar artisti Təyyar Bayramovla birgə çıxış edəcək: “Bu konsert layihəsində iştirak etmək üçün İran dövlətindən dəvət almışam. Özümlə bərabər hər üç konsertə tələbəm Təyyar Bayramovu da çıxaracağam. Üç günlük konsert üçün üç saatlıq xüsusi proqram hazırlamışam”. Muğam ifaçısının sözlərinə görə, konsertlərdə Azərbaycan xalq mahnıları, muğamları, “Qarabağ şikəstəsi”, operalardan hissələr ifa edəcək. Xanəndəni musiqiçilər Elçin Həşimov və Elnur Əhmədov müşayiət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR