Bank Of Baku

Tofiq Quliyevin mahnılarından ibarət konsert keçirilib

Tofiq Quliyevin mahnılarından ibarət konsert keçirilib
# 21 oktyabr 2009 13:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Kapellhaus”- Alman-Azərbaycan Mədəniyyət Mərkəzində “Sənə sevirəm dedim” adlı musiqili-bədii gecə keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və İncəsənət Universitetinin müəllim heyətinin təşəbbüsü ilə hazırlanan gecə mərhum bəstəkar Tofiq Quliyevin mahnıları üzərində qurulub. Əməkdar artist Azad Şükürovun təqdimatından sonra tarzən Gülağa Zeynalov bəstəkarın “Gecə serenadası”, “Qız əlləri”, “Axşam”, “Etibar”, “Qızıl üzük”, “İlk bahar” və digər mahnılarını instrumental şəkildə ifa edib. Onu royalda pianoçu-bəstəkar Ülviyyə Vəliyeva müşayiət edib.
Musiqili bədii gecədə poeziyaya da yer ayrılıb. Belə ki, hər bir musiqinin ardınca şairlər Nəbi Xəzri, Qabil, Ramiz Rövşən, Baba Vəziroğlunun məhəbbət mövzusunda yazdığı şeirlər Azad Şükürov və Məleykə Məmmədovanın ifasında səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR